Bank Of Baku

Leyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib

Leyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib
# 10 aprel 2008 14:24 (UTC +04:00)
Bu barədə APA-ya Küveytdə İKT-nin Gənclər Forumunun İdarə Heyətinin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov bildirib. F. Muradov İdarə Heyəti üzvlərinin aprelin 9-10-da keçirilən iclasında L. Əliyevanın konfransın işində aktiv iştirakının qeyd edildiyini, onun yeni seçildiyi vəzifədə İKT-nin Gənclər Forumunu layiqincə təmsil edəcəyinə inam ifadə edildiyini bildirib: “İdarə Heyətinin üzvləri Leyla Əliyevanın beynəlxalq əlaqələr sahəsində çox zəngin bilgilərə malik olduğunu, Rusiyada Azərbaycan gənclərinin hərəkatının təşkili sahəsində böyük iş təcrübəsinə yiyələndiyini vurğuladılar”. F. Muradov deyib ki, baş koordinatorun funksiyalarına təşkilatı dünya səviyyəsində təmsil etmək və “Gənclər Sivilizasiya Alyansı Uğrunda” Beynəlxalq Hərəkata rəhbərlik etmək daxildir. Millət vəkili L. Əliyevanı bu vəzifəyə təsdiq edən sənədin İKT-nin Gənclər Forumu tərəfindən ona təqdim olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR