Bank Of Baku

Türkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək

Türkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək
# 10 aprel 2008 16:27 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, C. Çiçəyin səfəri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarətlə başlayacaq. Onun Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ədliyyə naziri Fikrət Məmmədovla görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Fövqəladə Hallar Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi planlaşdırır. Bunların arasında İzotop müəssisəsi, Xilasetmə Mərkəzinin Suraxanı rayon şöbəsi də var. Nümayəndə heyəti aprelin 12-də Türkiyəyə qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR