Bank Of Baku

“Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçirilib

“Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçirilib
# 11 aprel 2008 10:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Azəri-Türk Qadınlar Birliyi və Milli QHT Forumu Diaspora Mərkəzinin təşkilatçılığı ilə “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda III beynəlxalq elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev türkdilli dövlətlərin birliyinin əhəmiyyətindən danışıb. “Türk xalqlarının siyasi birliyinin yaranmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edən Milli Məclisin deputatı Nizami Cəfərov xalqların münasibətlərinin formalaşmasında liderlərin rolunun danılmaz olduğunu söyləyib. Müstəqil türk dövlətlərinin siyasətində uzlaşdırma aparılmasının zəruriliyini vurğulayan N. Cəfərov bildirib ki, uğurlu nəticələr öyrənilməli və istifadə olunmalıdır: “Müstəqilliyin fövqündə duran siyasi birliklərin yaradılmasına, ümumi siyasi münasibətlərin formalaşdırılmasına ehtiyac var. Bu məsələdə lider faktoru vacib rol oynayır. Təəssüf ki, türk dünyasının liderləri hələ də milli səviyyədə qalıblar”. “Türk birliyi ideyası və Azərbaycan” mövzusunda çıxış edən DAK-ın sədr əvəzi Sabir Rüstəmxanlı isə Azərbaycanın türkçülüyün mərkəzi olduğunu diqqətə çatdırıb: “Təəssüf ki, bəzi türkdilli ölkə başçıları türk dövlətlərinin Parlament Assambleyasının yaradılması məsələsində qeyri-səmimi mövqe nümayiş etdirirlər”. Azərbaycanda səfərdə olan İsrailin Azərbaycandakı keçmiş səfiri Eytan Naye isə İsrail-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolundan danışıb.
Qeyd edək ki, “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” mövzusunda I beynəlxalq elmi-nəzəri konfrans Qırğızıstanın paytaxtı Bişkekdə, II konfrans isə Qazaxıstanın Almatı şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR