Bank Of Baku

“Azadlıq” blokunun mövqeyi mayın sonunda qətiləşəcək

“Azadlıq” blokunun mövqeyi mayın sonunda qətiləşəcək
# 11 aprel 2008 11:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” bloku Sədrlər Şurasının iclasları bərpa olunub. Bu barədə APA-ya şuranın üzvü, Vətəndaş və inkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, blokun iclasları qurumun rəhbərliyinə yaxın şəxslərdən birinin ofisində keçirilir. Sonuncu iclasda fasilə dövründə ölkədə baş verənlərin müzakirə olunduğunu bildirən Ə. Əliyev prezident seçkiləri ilə bağlı gözlənilən proseslərə diqqət yetirildiyini deyib. Blokun hazırkı mövqeyinin qətiləşmədiyini vurğulayan partiya sədri bu mövqenin mayın sonuna kimi konkretləşəcəyini açıqlayıb: “Mövqeyimiz o baxımdan qəti deyil ki, demokratik seçkilər üçün normal şərait yaransa, iştirak edəcəyik. Amma şərait dəyişməsə, seçkilər boykot olunacaq. Bizə son qərarı qəbul etmək üçün lazım olan məqam hələ yetişməyib. Mayın sonunda seçkilərdə iştirak barədə də qərar qəbul etmək olar, boykot barədə də. Bu qərarı maydan sonrakı mərhələyə saxlamaq fikrimiz yoxdur”. Ə. Əliyev hazırda Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı müzakirələrin yekununu gözlədiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR