Bank Of Baku

AMİP-in aprelin 20-nə təyin olunmuş növbədənkənar qurultayı təxirə salına bilər

AMİP-in aprelin 20-nə təyin olunmuş növbədənkənar qurultayı təxirə salına bilər
# 11 aprel 2008 11:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) aprelin 20-nə təyin olunmuş növbədənkənar qurultayı təxirə salına bilər. Bu barədə APA-ya partiyanda sədr səlahiyyətlərini yerinə yetirən baş katib Fuad Muxtarov deyib. Onun sözlərinə görə, əgər hökumət qurultay keçirmək üçün yer ayırmasa, ali toplantının təxirə salınması qaçılmazdır: “400 qurultay nümayəndəsini hara yığmaq olar? Hazırda digər variantları araşdırırıq. Ona görə də qurultayın aprelin 20-də baş tutacağını qəti söyləmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR