Bank Of Baku

Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar

Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar
# 11 aprel 2008 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Nizami Cəfərov bildirib. N. Cəfərov deyib ki, bütün türkdilli dövlətlərin parlament sədrlərinin toplantıda iştirakının təmin olunması üçün komissiya fəaliyyət göstərir. O, bəzi türkdilli dövlətlərin parlament assambleyasının yaradılmasında qeyri-səmimi mövqe nümayiş etdirdiyini də bildirib: “Təəssüf edirik ki, bəzi dövlətlər bu məsələyə lazımı dərəcədə əhəmiyyət vermir. Amma inanıram ki, bu məsələ həllini tapacaq. Çünki parlament səviyyəsində birliyə nail olunması daha demokratik, kütləvi və dünyanın qəbul edəcəyi formadır”. N. Cəfərov İstanbul görüşündə muxtar türk dövlətlərinin parlament nümayəndələrinin iştirakının əhəmiyyətini də vurğulayıb: “Parlament sədrlərinin görüşündə altı müstəqil türkdilli dövlətin məclis rəhbərləri ilə yanaşı, yarımmüstəqil, yəni Tatarıstan, Başqırdıstan kimi muxtar türk dövlətlərinin parlament sədrlərinin də iştirakı yaxşı olardı. Hətta İran parlamentində təmsil olunan türk deputatlar da bu toplantıya qatıla bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR