Bank Of Baku

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməyi müzakirə edəcək

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməyi müzakirə edəcək
# 11 aprel 2008 12:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edildikdən sonra Müsavat Partiyası seçki komissiyalarına öz nümayəndələrini göndərib-göndərməməklə bağlı müzakirə aparacaq. Bunu APA-ya açıqlamasında partiya Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, ölkə rəhbərliyi seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması barədə tələbin haqlı olduğunu nəzərə almalı və komissiyalar hakimiyyətin nəzarətindən çıxarılmalıdır: “Müsavat rəhbərliyi qanuna dəyişikliklərdən sonra yaranmış durumu müzakirəyə çıxaracaq və qərar qəbul edəcək. Təbii ki, müxalifətin əsas tələbi yerinə yetirilməyəcəyi təqdirdə, müvafiq addımlar atmağa ehtiyac var. Amma mən indidən hansı addımların atılacağı barədə konkret fikir söyləyə bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR