Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib
# 11 aprel 2008 12:05 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də fövqəladə hallar zamanı birgə əməkdaşlıq müzakirə olunub. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində Türkiyənin müvafiq qurumlarının təcrübəsindən istifadə etdiyini qeyd edib: “Biz öz fəaliyyətimizdə Türkiyənin təcrübəsindən istifadə edirik. Gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi vacibdir”.
C. Çiçək isə Azərbaycanın ötən dövrdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb: “Azərbaycanın inkişafı, təhlükəsizliyi bütün bölgənin asayişi deməkdir”. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün C. Çiçək Ədliyyə Nazirliyində də görüş keçirəcək. Sabah isə o, FHN-in “İzotop” Xüsusi Kombinatı, Böhranların İdarə Olunması Mərkəzi və digər strukturlarında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR