Bank Of Baku

“Azadlıq” blokunun üzvü: “İndiki şərtlər daxilində Müsavat Partiyası ilə birgə mitinqlər keçirməyimiz mümkün deyil”

“Azadlıq” blokunun üzvü: “İndiki şərtlər daxilində Müsavat Partiyası ilə birgə mitinqlər keçirməyimiz mümkün deyil”
# 11 aprel 2008 12:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” blokunun indiki şərtlər və mövqelər daxilində Müsavat Partiyası ilə birgə mitinqlər keçirməsi mümkün deyil. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, əgər siyasi təşkilatların mövqelər və hədəflər üst-üstə düşərsə, o halda sözügedən məsələni müzakirə etmək olar: “Hazırda isə “Azadlıq” bloku seçki komissiyalarının tərkibinin dəyişdirilməsi üçün birgə mövqeni ortaya qoyulmasını təklif edir. Biz açıq bildiririk ki, hazırkı şərtlərlə seçkilərə getmək müxalifət üçün yaxşı heç nə vəd etmir. Biz vəziyyətin dəyişməsi üçün mübarizə aparırıq, Müsavat isə seçkilərdə iştirak qərarı verib. Bu baxımdan mövqelər bir-birindən çox fərqlənir. Bu ziddiyyət aradan qaldırılsa, təbii ki, birgə aksiyalar keçirmək mümkündür”.
Qeyd edək ki, Müsavat Partiyası kütləvi aksiyalar keçirməklə bağlı partiyadaxili müzakirələrə başlayıb və Divanın növbəti iclasında mitinqlə bağlı qərarın qəbul olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR