Bank Of Baku

Fuad Muxtarov: “Partiyada iş görmək üçün şərait olmayandan sonra sədrliyə yalandan iddia etmək istəmirəm”

Fuad Muxtarov: “Partiyada iş görmək üçün şərait olmayandan sonra sədrliyə yalandan iddia etmək istəmirəm”
# 11 aprel 2008 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Mən, sadəcə, adımın qarşısına “partiya sədri” sözünü yazdırmaq xatirinə Milli İstiqlal Partiyasının sədrliyinə namizədliyimi irəli sürmək istəmirəm. Partiya sədri kimi fəaliyyət göstərmək üçün müəyyən imkanlar olmalıdır. Bu imkanlar olmadığı üçün hələlik sədrliyə namizədliyimi verib-verməyəcəyimi müəyyənləşdirməmişəm”. Bunu APA-ya açıqlamasında AMİP-in sədri səlahiyyətlərini yerinə yetirən baş katib Fuad Muxtarov deyib. Onun sözlərinə görə, qurultayda namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala hazırda konkret olaraq cavab verə bilməz: “Hazırda bununla bağlı partiyada müzakirələr gedir və mən imkanları götür-qoy edirəm. Partiya sədri olacağım halda hansı işləri görmək imkanlarımı araşdırıram. Bunun üçün şərait olmayandan sonra yalandan ortaya iddia qoymaq istəmirəm. Hər halda qurultaya kimi mövqeyimi qətiləşdirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR