Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavatın seçkidə iştirak qərarı qüvvədə qalarsa, partiya öz namizədi ətrafında mümkün olan ən geniş koalisiya yaradacaq”

Sülhəddin Əkbər: “Müsavatın seçkidə iştirak qərarı qüvvədə qalarsa, partiya öz namizədi ətrafında mümkün olan ən geniş koalisiya yaradacaq”
# 11 aprel 2008 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavatın prezident seçkilərdə iştirak qərarı qüvvədə qalarsa, partiya öz namizədi ətrafında mümkün olan ən geniş koalisiyanı yaratmaq istiqamətində fəaliyyətə başlayacaq”. Bunu APA-ya açıqlamasında partiya Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, koalisiyanın forması, tərkibi və digər məsələlər isə gələcəkdə müəyyənləşəcək: “Hazırda müxalifət düşərgəsində seçkilərlə bağlı qeyri-müəyyənlik mövcuddur. Yəqin qısa müddətdə bu qeyri-müəyyənlik aradan qaldırılacaq və bizim atacağımız addımlar intensivləşəcək. Hazırda da digər siyasi qüvvələrlə müəyyən danışıqlar aparılır, amma yekun qərar Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna ediləcək dəyişikliklərdən sonra veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR