Bank Of Baku

AŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır

AŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır
# 11 aprel 2008 14:38 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, alt komitənin sədri Lord Rassel Conston AŞ PA missiyasının tərkibində fevralın 19-da Ermənistanda prezident seçkilərini izləyərkən özünü pis edib və oradan birbaşa Londona aparılıb: “Hazırda onun vəziyyəti normaldır, amma sessiyaya qatılıb-qatılmayacağı məlum deyil”. S. Seyidovun sözlərinə görə, bu səbəbdən sessiya zamanı Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında R. Constonun təşəbbüsü ilə deputatların görüşünə hazırlıq məqsədilə danışıqların baş tutub-tutmayacağı da sual altındadır. Sessiyada Azərbaycan üçün prioritet məsələlərdən danışan missiya rəhbəri Azərbaycan üçün bütün məsələlərin prioritet olduğunu qeyd edib: “Xüsusilə Avropa Şurasında gedən tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə yanaşmada ikili standartlar və Azərbaycana qarşı bəzi məqamlarda qeyri-obyektiv münasibət təbii ki, tərəfindən xüsusi vurğulanacaq. Heç kim və heç kəs inkar etmir ki, Azərbaycanda müəyyən problemlər var. Keçid dövründə olan bütün ölkələrdə bu problemlər mövcuddur. Lakin bunları hansısa formada qabarıq şəkildə yalnız Azərbaycana şamil etmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik qarşılıqlı olmalıdır. Məsələn, niyə Venesiya Komissiyası ilə müzakirələr normal gedir? Çünki hər iki tərəf konstruktivlik göstərir. Birtərəfli, təzyiq formasında olan münasibətlər təbii ki, Azərbaycan tərəfindən qəbul oluna bilməz”.
S. Seyidov sessiya çərçivəsində GUAM ölkələrinin nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini, fikir mübadiləsi aparılacağını da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR