Bank Of Baku

İranda 3 azərbaycanlı fəal saxlanılıb

İranda 3 azərbaycanlı fəal saxlanılıb
# 11 aprel 2008 16:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın 3 fəalı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya iranlı jurnalist Səid Muğanlı məlumat verib. O bildirib ki, jurnalist Rəhim Qulami (Aydın Qarabağlı), Ərdəşir Kərimi və Mehdi Kiyami aprelin 10-da Ərdəbildə saxlanılıblar. Hər üç şəxs İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın həbsdəki fəallarından biri olan Abbas Lisaninin müdafiəsi üçün imzatoplama kampaniyasında iştirakda ittiham olunurlar. Bir neçə ay öncə həmin şəxslər A. Lisaninin saxlanıldığı Ərdəbil həbsxananın qarşısında da aksiya keçirməyə cəhd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR