Bank Of Baku

Fuad Muxtarov: “Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır”

Fuad Muxtarov: “Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır”
# 13 aprel 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyini hələ də müəyyənləşdirməyib. Bu barədə APA-ya AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən baş katib Fuad Muxtarov bildirib. Onun sözlərinə görə, partiyanın seçkilərlə bağlı mövqeyinin müəyyənləşməməsinə səbəb AMİP lideri Etibar Məmmədovun prezident seçkisində öz namizədliyini irəli sürüb sürməyəcəyi ilə bağlı qərarının olmamasıdır: “Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır. Bu məsələni partiyanın yaxın günlərdə keçiriləcək qurultayında müzakirə edəcəyik. Seçki prosesinə start verilənə kimi bu məsələ həllini tapacaq. Əgər Etibar Məmmədov öz namizədliyini irəli sürməsə, o zaman başqa variantlara baxacağıq. Əslində uzun müddətdir ki, bu məsələ partiyanın daxilində müzakirə edilir və bir sıra şəxslər ümumiyyətlə ,indiki şərtlərlə seçkilərə qatılmağın əhəmiyyətsiz olduğunu bildirərək boykot yolunu tutmağı vacib sayırlar. Bütün bu suallara qurultayda cavab tapılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR