Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər”

Sülhəddin Əkbər: “Müsavat seçkilərdə iştirak edən partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər”
# 13 aprel 2008 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyası prezident seçkisində iştirak edən siyasi partiyalarla birgə kütləvi aksiyalar keçirə bilər. İndiki şəraitdə konkret hansı partiyalarla birdə mitinq keçirəcəyimizi demək mümkün deyil”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, hazırda müxalifət düşərgəsində qeyri-müəyyənliklər: “Hesab edirik ki, bu ayın sonuna kimi qeyri-müəyyənliklər mərhələsi başa çatacaq və siyasi mənzərə daha aydın olacaq. O zaman Müsavatın nəzərdə tutduğu mitinqlərdə digər müxalif qüvvələrlə birgə hərəkət etmək strategiyasını hazırlamaq daha asan olacaq. Mitinqlərdə müxalifətin digər partiyalarının iştirak edib-etməyəcəyi isə onların qərarlarından asılı olacaq. Hansı partiyaların seçkidə iştirak, hansıların boykot mövqeyi tutacağı dəqiqləşəndə biz də əməkdaşlıq edəcəyimiz partiyaları müəyyənləşdirəcəyik. Müsavat demokratiya uğrunda aktiv mübarizə aparmaq istəyən partiyalarla birgə hərəkət etməyə üstünlük verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR