Bank Of Baku

AMİP sədrliyinə iddialıların sayı üç nəfərə çatıb

AMİP sədrliyinə iddialıların sayı üç nəfərə çatıb
# 14 aprel 2008 08:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyinə namizədlərin sayı üçə çatıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP-in Binəqədi rayon təşkilatı bazar günü keçirdiyi İdarə Heyətinin toplantısında mətbuat və təbliğat katibi Əli Orucovun namizədliyini irəli sürüb. Ə. Orucov rayon təşkilatının qərarına hörmətlə yanaşdığını, qurultayda bu qərarı dəstəkləyəcəyini və yerli təşkilatın etimadını doğrultmağa çalışacağını deyib.
Qeyd edək ki, AMİP-in növbədənkənar qurultayı aprelin 20-nə təyin edilib. Bu vaxta qədər yalnız Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov və Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov sədrliyə namizədlik iddiasını ortaya qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR