Bank Of Baku

Səbayel rayon Məhkəməsi: İdris Quliyevin ACP-nin və “Bakı zaman” qəzetinin binadan çıxarılması haqda iddiasına martın 4-də baxılıb və qərar qəbul edilib

Səbayel rayon Məhkəməsi: İdris Quliyevin ACP-nin və “Bakı zaman” qəzetinin binadan çıxarılması haqda iddiasına martın 4-də baxılıb və qərar qəbul edilib
# 14 aprel 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bəzi şəxslər Açıq Cəmiyyət Partiyasının daxilində çaxnaşma yaratmaq, partiyaya ziyan vurmaq istəyirlər. Onlar nə iqtidar, nə də müxalifətçidirlər. Qüsurlarına görə partiyadan xaric edilənlər şəxslər indi də təxribata əl atıblar”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müavini Nizami Məmmədov deyib. Partiyanın qərargahdan çıxarılması ilə bağlı boş hay-küy yaradıldığını deyən sədr müavini belə bir məhkəmə qərarından xəbərsiz olduqlarını bildirib: “Partiyanın ofisdən çıxarılması söhbəti yoxdur, burdan çıxmayacağıq. Biz elə bir məhkəmə iclasına da çağırılmamışıq”. N. Məmmədov binanın sahibi İdris Quliyevlə normal münasibətlərinin olduğunu və onun binadan çıxmaqla bağlı heç bir fikir bildirmədiyini qeyd edib. ACP sədrinin digər müavini Yaqub Abbasov da qərargahdan çıxmayacaqlarını deyib: “Bizim bu məhkəmədən və qərardan xəbərimiz yoxdur”. İ. Quliyev isə məhkəmənin qərar qəbul etdiyini və bunun icra edilməsinin vacib olduğunu bildirib: “Bu barədə başqa heç nə deməyəcəyəm”. Səbayel rayon Məhkəməsindən isə APA-ya bildirilib ki, həqiqətən də partiyanın və qəzetin ofisdən çıxarılması ilə bağlı qərar olub. İ. Quliyevin ACP-nin və “Bakı zaman” qəzetinin binadan çıxması ilə iddiasına martın 4-də baxılıb və iddia təmin edilib: “Həmin qərar tərəflərə təqdim olunub”. “Bakı zaman” qəzetini baş redaktoru Elnur Məhərrəmli də APA-ya sözügedən məhkəmədə iştirak etdiyini, qərardan xəbərdar olduğunu söyləyib: “Qərar bizə martın sonlarında verilib. Apellyasiya şikayəti vermək üçün vaxtımız var və yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR