Bank Of Baku

Qüdrət Həsənquliyev: “BAXCP prezident seçkiləri ilə bağlı son qərarını mayda verəcək”

Qüdrət Həsənquliyev: “BAXCP prezident seçkiləri ilə bağlı son qərarını mayda verəcək”
# 14 aprel 2008 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezident seçkisində hansı formatda iştirakı təşkilatın mayın sonlarında keçiriləcək qurultayında müəyyənləşəcək”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, istənilən halda partiya bu ilin oktyabrında keçiriləcək prezident seçkisində iştirak etməkdə qərarlıdır. “Partiyanın seçkiyə öz namizədi ilə qatılacağı, yoxsa başqa bir formatda iştirakı qurultayda bəlli olacaq. İndidən bu barədə heç nə deyə bilmərəm”. Q. Həsənquliyev qurultayda partiyanın təşkilati məsələlərinə baxılacağını da deyib: “Partiyada struktur dəyişikliyi qurultayın səlahiyyətinə aiddir. İdarəçilik məsələsində isə hər hansı dəyişikliklər nəzərdə tutulmur. Partiyanın demokratik nizamnaməsi var. Ola bilsin ki, nizamnamənin hansısa müddəalarında əlavə və dəyişikliklərlə bağlı təkliflər olsun. Hələlik isə Qurultaya Hazırlıqla bağlı Təşkilat Komitəsində bu məsələlər müzakirə olunmayıb”. O, ikinci müddətə BAXCP sədrliyinə namizədliyini verib-verməməyi ilə bağlı məsələyə də münasibət bildirib: “Partiyada BAXCP sədrliyinə namizədliyimi dəstəkləyənlər var. Ancaq bu qurultayın səlahiyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR