Bank Of Baku

Avropa Şurasının terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması, axtarılması və müsadirə edilməsinə dair Konvensiyası sabahdan qüvvəyə minir

Avropa Şurasının terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması, axtarılması və müsadirə edilməsinə dair Konvensiyası sabahdan qüvvəyə minir
# 30 aprel 2008 14:19 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Avropa Şurasının terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması, axtarılması və müsadirə edilməsinə dair öhdəlikləri ehtiva edən ilk beynəlxalq hüquqi sənədi mayın 1-dən qüvvəyə minir. APA-nın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, konvensiya 23 dövlət tərəfindən imzalanıb, 6 dövlət tərəfindən isə ratifikasiya edilib. 1990-cı ildə qəbul olunmuş Çirkli Pulların Yuyulmasına dair Avropa Konvensiyasını gücləndirən sənədə əsasən, məsələ ilə bağlı monitorinq mexanizmi də tətbiq olunacaq. Avropa Şurasının baş katibi Terri Devis bildirib ki, terrorizmə və cinayətkarlığa sərf olunan pullar müsadirə edilərsə və kriminal təşkilatların əmlakı nəzarətdə olarsa, o zaman bir sıra terror aktlarının və kriminal hadisələrin qarşısı yerindəcə alınmış olar: “Hec kəs terrordan sığortalanmayıb, belə hallara qarşı beynəlxalq əməkdaşlıq güclənməlidir. Ümid edirəm ki sənədi gələcəkdə daha çox ölkə ratifikasiya edəcək”.
Qeyd edək ki, Azərbaycan konvensiyanı hələlik imzalamayıb. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, buna səbəb hazırda Azərbaycan tərəfinin sənədi araşdırmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR