Bank Of Baku

Azərbaycan paytaxtında keçiriləcək hərbi paradda bütün qoşun növləri iştirak edəcək

Azərbaycan paytaxtında keçiriləcək hərbi paradda bütün qoşun növləri iştirak edəcək
# 30 aprel 2008 14:46 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya məlum olub ki, paradda Quru Qoşunları, Daxili Qoşunlar, Sərhəd Qoşunları, Milli Qvardiya, hərbi təhsil müəssisələrinin müdavimləri, xüsusi qoşunlar, o cümlədən xüsusi təyinatlı bölmələr iştirak edəcək. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi texnikası, özüyeriyən və qoşqulu artilleriya qurğuları və s. də hərbi keçiddə nümayiş etdiriləcək. Bundan başqa, “Azadlıq” meydanı ilə üzbəüz sahədə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri parada dəstək verəcək.
Paradda Azərbaycanın son illərdə aldığı yeni silah və hərbi texnikalar, o cümlədən yeni təyyarələr, artilleriya qurğuları, “Smerch” reaktiv atəş sistemləri nümayiş olunacaq.
Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və vertolyotların Bakı səmasında nümunəvi uçuşları təşkil olunacaq. Parada cəlb edilmiş hərbi texnika Bakının mərkəzi küçələrindən də keçid edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu isə parada hazırlıq tədbirləri barədə məlumat vermək istəməyib.
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibəti ilə Bakı şəhərində təntənəli hərbi paradın keçirilməsi barədə tapşırıq verdiyini bildirib.
Xatırladaq ki, Azərbaycanın müstəqilliyi dövründə ilk və sonuncu parad 1992-ci il oktyabrın 9-da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR