Bank Of Baku

Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar fəaliyyət planının təqdimat mərasimi keçirilib

Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar fəaliyyət planının təqdimat mərasimi keçirilib
# 30 aprel 2008 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansola bildirib ki, hər üç strukturun məqsədi eynidir: “Biz Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik, azad və müstəqil seçkilərin keçirilməsini istəyirik. Azərbaycan seçkilərlə bağlı mövcud problemləri həll etməli, bütün siyasi qüvvələrin bərabər hüquqlara malik olduğu seçki atmosferinin yaradılması üçün əlindən gələni etməlidir. Siyasi qüvvələrin kütləvi informasiya vasitələrinə, ilk növbədə televiziyaya bərabərhüquqlu çıxışı təmin olunmalıdır. Bizim strukturlar bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar”. Mərasimdə çıxış edən Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Denis Bribosia bildirib ki, Azərbaycan seçki strukturlarının potensialını gücləndirməlidir: “Bu həm bizim, həm də Azərbaycan hökumətinin istəyidir. Bunun üçün təkcə Bakıda deyil, regionlarda da treninqlər keçirməyi planlaşdırırıq”. Denis Bribosia qeyd edib ki, bu kimi treninqlərin keçirilməsi seçki prosesinə müdaxilə riskini azalda bilər: “Treninqlər zamanı seçki komissiyalarının üzvlərinə hansı hüquqlara malik olduqları və hansı hərəkətlərə yol verə bilməyəcəkləri izah olunmalıdır”. Denis Bribosianın sözlərinə görə, onlar həmçinin seçkiləri müşahidə edəcək yerli müşahidəçilərə yardım göstərməyi düşünürlər: “Biz həmçinin seçki prosesinin mediada müstəqil və tərəfsiz şəkildə işıqlandırılmasına diqqət yetirəcəyik. Teledebatların keçirilməsi, Mərkəzi Seçki Komissiyasının fəaliyyətini işıqlandıran kütləvi informasiya vasitələrinin dəstəklənməsi son dərəcə vacibdir. Avropa Şurası bir neçə həftə ərzində kütləvi informasiya vasitələrinin də monitorinqini keçirməyi düşünür”. Denis Bribosia sadə seçicilərin məntəqələrə gedərək öz səsvermə hüququndan istifadə etməsini vacib sayıb: “Bu prosesi stimullaşdırmaq lazımdır. Bunun üçün televiziya kanallarında yayımlanacaq xüsusi informasiya proqramlarına sponsorluq etməyi düşünürük”. Beynəlxalq təşkilatların nümayəndələri seçki prosesini izləmək üçün Azərbaycana nə qədər beynəlxalq müşahidəçinin gələcəyinin məlum olmadığını deyiblər. Onların sözlərinə görə, bu məsələ qiymətləndirmə komissiyalarının səfərindən sonra öz həllini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR