Bank Of Baku

Denis Bribosia: “Azərbaycanda demokratik seçki keçirməyin vacib şərtlərindən biri seçki qanunvericiliyində islahat aparılmasıdır”

Denis Bribosia: “Azərbaycanda demokratik seçki keçirməyin vacib şərtlərindən biri seçki qanunvericiliyində islahat aparılmasıdır”
# 30 aprel 2008 15:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosia deyib. O, Seçki Məcəlləsinə Venesiya Komissiyası və digər beynəlxalq təşkilatların tövsiyələrinə uyğun dəyişikliklər ediləcəyinə ümid etdiklərini söyləyib. Avropa Komissiyasının Azərbaycandakı səfiri Alan Vaddams isə Azərbaycanda indiyədək beynəlxalq standartlara tam uyğun seçki keçirilmədiyini vurğulayıb: “Bunu heç gözləmək də olmazdı, çünki ölkə hələ çox gəncdir”. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola demokratik seçkilərin keçirilməsi üçün icra, qanunverici və məhkəmə hakimiyyətlərinin bir-birindən asılı olmadan, müstəqil fəaliyyət göstərməsinin vacibliyinə diqqət çəkib: “Bəzi demokratik ölkələrdə seçki strukturlarına hakim partiyanın nümayəndələri rəhbərlik edir. Amma ən önəmlisi odur ki, hakimiyyətin üç qolu müstəqil şəkildə fəaliyyət göstərsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR