Bank Of Baku

Avropa Parlamentinin üzvü Adrian Severin: ”Öz müqəddəratını təyinetmə prinsipi milli azlıqlara deyil, xalqlara aiddir”

Avropa Parlamentinin üzvü Adrian Severin: ”Öz müqəddəratını təyinetmə prinsipi milli azlıqlara deyil, xalqlara aiddir”
# 30 aprel 2008 15:42 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq Azərbaycanın yalnız neft-qaz istehsalçısı kimi deyil, geosiyasi mövqeyi, dinamik iqtisadi inkişafı, Avropa Birliyi-Orta Asiya əməkdaşlığa verə biləcəyi töhfələr baxımından da AB üçün əhəmiyyət daşıdığını bildirib. E. Məmmədyarov bu fikirlə razılaşaraq, Azərbaycanın Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının yerinə yetirilməsinə dair artıq ilk hesabatın hazırlandığını, Avropaya inteqrasiya prosesinin ölkədə bir sıra sahələrdə müsbət irəliləyişlərə səbəb olduğunu diqqətə çatdırıb. O, Avropa Parlamentində GUAM dostluq qrupunun yaradılması imkanlarının araşdırılmasını zəruri sayıb. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparan tərəflər Azərbaycan torpaqlarının işğalını pisləyərək, Ermənistanın apardığı etnik təmizləmənin öz müqəddəratını təyinetmə prinsipi ilə pərdələnməsinin yolverilməz olduğunu vurğulayıblar. Rumıniyalı nümayəndə öz müqəddəratını təyinetmənin milli azlıqlara deyil, xalqlara aid olduğunu və ermənilərin artıq Ermənistanın tərkibində öz müqəddəratlarını təyin etdiklərini söyləyib. Görüşdə Avropa Parlamenti üzvlərinin Azərbaycan haqqında bilgilərinin artırılması, onların Azərbaycana səfərlərinin təşkilinin, lobbiçilik fəaliyyətinin zəruriliyi də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR