Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycanın tam suverenliyini bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyik”

Elmar Məmmədyarov: “Azərbaycanın tam suverenliyini bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyik”
# 30 aprel 2008 16:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “European Voice” jurnalında dərc olunmuş müəllif məqaləsində öz əksini tapıb. Nazir Dağlıq Qarabağ münaqişəsinin qısa bir vaxtda həllinin vacib olduğunu vurğulayıb: “Dünyanın enerji təhlükəsizliyi, Xəzər regionunun stabil və iqtisadi çiçəklənməsi Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həllini vacib edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. İyirmi ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlı işğalçılar tərəfindən öz yurd-yuvalarından qovulublar. Bu münaqişənin həlli təkcə Azərbaycanın maraqlarına cavab vermir. Problem həll olunacağı təqdirdə, Ermənistan təcrid vəziyyətindən azad olunacaq. Onun Azərbaycanla sərhədləri açılacaq, nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək”. Elmar Məmmədyarov münaqişənin həllində Rusiya və Avropa ölkələrinin maraqlarının üst-üstə düşdüyünü deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəsində Cənubi Qafqaz regionunda yaranacaq stabillik Azərbaycan iqtisadiyyatına böyük sərmayələr yatırmış Rusiya şirkətlərin də maraqlarına cavab verir. Azərbaycanın fenomenal iqtisadi inkişafına baxmayaraq, ölkəmizin bütün potensialı tam üzə çıxa bilməz, çünki Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır”. Azərbaycanın xarici işlər naziri işğal altında olan ərazilərin qanunsuz cinayətkar fəaliyyətin mərkəzinə çevrildiyini vurğulayıb: “İşğal altında olan Azərbaycan torpaqları çirkli pulların yuyulması və qanunsuz silah ticarətinin mərkəzinə çevrilib. Aprelin 15-də ABŞ-ın dövlət katibi Kondoliza Rays Azərbaycanın suverenliyinə tam dəstək verdiyini bəyan edib və münaqişənin həlli istiqamətində səylərin artırılmasını vacib sayıb. NATO-nun Buxarest sammitinin yekun sənədində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbulunun zəruriliyi ifadə olunub. Mart ayında isə BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və erməni təcavüzünü pisləyən qətnamə qəbul edib”. Elmar Məmmədyarov Ermənistanın işğal etdiyi torpaqları azad etməli olduğunu bəyan edib: “Biz Azərbaycanın tərkibində Dağlıq Qarabağ geniş muxtariyyət verməyə hazırıq. Bu məsələdə bizim əsas silahımız diplomatiyadır, amma biz Azərbaycanın tam suverenliyini bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR