Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Azərbaycan son beş ildə terrorizmə qarşı mübarizə istiqamətində əhəmiyyətli işlər görüb”

ABŞ Dövlət Departamenti: “Azərbaycan son beş ildə terrorizmə qarşı mübarizə istiqamətində əhəmiyyətli işlər görüb”
# 01 may 2008 08:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində terrorizmə qarşı mübarizənin vəziyyətinə dair illik hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, bu müddət ərzində Azərbaycan hökuməti terrorçu təşkilatlara dəstək verən qurumların fəaliyyətini dayandırıb, 3 müxtəlif terror təşkilatının üzvü olan 39 nəfəri həbs edib: “Azərbaycan 2003-cü ilin avqustundan İraqda keçirilən sülhməramlı əməliyyatları dəstəkləyir, 150 Azərbaycan hərbçisi Xadis Damda keçirilən əməliyyatda iştirak edirlər. Bundan başqa, Azərbaycan hərbçiləri Türkiyə taborunun tərkibində Əfqanıstan keçirilən antiterror əməliyyatlarında iştirak edirlər”. Dövlət Departamenti Azərbaycanın terrorçu fəaliyyətin maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində bir sıra tədbirlər gördüyünü təqdir etsə də, Azərbaycan parlamentinin hələ bu sahəyə dair xüsusi qanun qəbul etmədiyini vurğulayıb: “2006-cı ildə çirkli pulların yuyulmasına və terrorçu fəaliyyətə qarşı mübarizəyə dair qanunvericilik aktlarının hazırlanmasına məsul olan işçi qrupu müvafiq qanun layihəsinin ABŞ Dövlət Departamentinə və Avropa Şurasına təqdim edib, bu layihəyə müvafiq tövsiyələr verilib. Azərbaycan hökuməti bu qanun layihəsinin hələlik parlamentə təqdim etməyib”. Hesabatda Azərbaycan hüquq-mühafizə orqanlarının terrorizmə qarşı mübarizə sahəsində həyata keçirdiyi uğurlu əməliyyatlara da diqqət yetirilib: “Ötən ilin fevralında Azərbaycanın hüquq-mühafizə orqanları özünü “Şimali Mehdi Ordusu” adlandıran qrupu həbs edib. Bu qrupun İran İslam İnqilabi Keşikçiləri Korpusu ilə bağlılığı olub. Oktyabrda bu qrupun işi üzrə qapalı dinləmələr keçirilib. Hakimiyyətin dərc etdirdiyi rəsmi məlumatlara görə, bu qrupun üzvlərindən biri İranda adı çəkilən təşkilatın nümayəndələri ilə görüşüb, onlardan ABŞ və Qərbə qarşı mübarizəni genişləndirmək üçün pul alıb. Bundan başqa, 2007-ci ilin oktyabrında Sumqayıtda ərəb Əbu Cəfərin rəhbərlik etdiyi azərbaycanlılardan ibarət 12 nəfərlik qrup həbs olunub”. ABŞ Dövlət Departamenti hesabata həmçinin noyabrda ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror aktı törətməyə hazırlaşan 11 nəfərin həbs edilməsi faktını da daxil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR