Bank Of Baku

ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərində şəffaflığın və demokratiyanın təmin olunmasına 3 milyon dollar xərcləyəcək

ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərində şəffaflığın və demokratiyanın təmin olunmasına 3 milyon dollar xərcləyəcək
# 01 may 2008 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib. Səfirin sözlərinə görə, bu məqsədlə ABŞ-ın Milli Demokratiya İnstitutu 870 min, Beynəlxalq Respublikaçılar İnstitutu 715 min, Avrasiya Əməkdaşlıq Fondu 70 min, Amerika Hüquqşünaslar Assosiasiyası (ABACEELI) 48 min, İREX 130 min, Dövlət Departamenti insan hüquqları həssaslığı treninqləri üçün 350 min, Dövlət Departamentinin demokratiya üzrə kiçik qrantlar komissiyası isə 50 min dollar ayırıb. Vəsaitlər əsasən siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi və seçki sisteminin təkmilləşdirilməsi, seçkini müşahidə səylərinin artırılması, həm Azərbaycanda, həm ABŞ-da siyasi debatların yayımlanması, seçki nəticələrinin vaxtında monitorinqi, şəffaflığın təmin olunması üçün səylərin artırılması, sərbəst toplaşmaya şərait yaratmaq üçün polis əməkdaşları üçün treninqlərinin təşkilinə sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR