Bank Of Baku

Rəy sorğusunun nəticələrinə əsasən azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərin əleyhinədir

Rəy sorğusunun nəticələrinə əsasən azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərin əleyhinədir
# 01 may 2008 10:26 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycanlıların əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda mövcud olan “nə sülh, nə də müharibə” şəraiti davam edəcək”. APA-nın məlumatına görə, bu sözləri politoloq Rasim Musabəyov “Puls-R” sosioloji sorğu xidmətinin yanvar-fevral aylarında Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə keçirdiyi sorğunun nəticələrini açıqlayarkən deyib. O bildirib ki, Azərbaycanın 15 rayonu və 12 şəhərində 1000 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən respondentlərin çoxu münaqişənin həllində güzəştlərə gedilməsini istəmir. Belə ki, respondentlərin 20-25%-i Dağlıq Qarabağa muxtariyyət statusu verilməsinə razı olsalar da, müstəqilliyi tamamilə istisna ediblər. R. Musabəyovun sözlərinə görə, rəyi soruşulanlar hesab edir ki, Azərbaycandakı ümumi vəziyyət sabit olaraq qalmaqdadır, əhalinin maddi vəziyyəti yaxşılaşmaqda davam edir, ölkədə kütləvi etiraz aksiyalarının baş verməsi gözlənilmir: “Azərbaycanlıları üç əsas problem narahat edir: Dağlıq Qarabağ münaqişəsi, işsizlik və yoxsulluq. Respondentlərin 59,2 faizi qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə rəqib görmür, 6,7 faizi bu iddiaçının Mehriban Əliyeva, 6 faizi isə İsa Qəmbər olduğunu hesab edir. Azərbaycanın dostu olan dövlətlərin siyahısında isə Türkiyə böyük səs çoxluğu ilə öndədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR