Bank Of Baku

Ann Dersi: “ABŞ Azərbaycanda demokratik institut və dəyərlərin inkişafı üçün hərtərəfli yardım etməyə hazırdır”

Ann Dersi: “ABŞ Azərbaycanda demokratik institut və dəyərlərin inkişafı üçün hərtərəfli yardım etməyə hazırdır”
# 01 may 2008 10:44 (UTC +04:00)
O, azad seçkilərin son dərəcə əhəmiyyətli demokratik institut olduğunu vurğulayıb: “Azad seçkilər təkcə səsvermə keçirilməsi və səslərin hesablanmasından ibarət deyil. Bu, həmçinin hər kəsə informasiyaya çıxış, seçim imkanı yaratmaqdır. Bu il Ermənistan və Gürcüstanda da seçkilər keçirilib. ABŞ bu ölkələrdə seçkilər zamanı yol verilən zorakılıq hallarını və qeyri-demokratik prosesləri pisləyib. Biz öz narahatlığımızı ifadə edərək, həmin ölkələrdən demokratik standartlara qayıtmağı tələb etmişik. Demokratik proseslərlə bağlı bizdə ikili standartlar yoxdur”. An Dersi bildirib ki, ABŞ əsl demokratik seçkilərin keçirilməsi üçün həm hökumət, həm də mülki cəmiyyət institutları ilə əməkdaşlıq etmək niyyətindədir: “ABŞ bu istiqamətdə öz fəaliyyətini Avropa Şurası, ATƏT və Avropa İttifaqı ilə koordinasiya edir. Azərbaycan hökuməti azad və demokratik seçkilər keçirilməsi niyyətini bəyan edib. Bu, hökumətin Avroatlantik məkana inteqrasiyası istiqamətində atılan düzgün addımdır və Azərbaycanın milli maraqlarına cavab verir. Ölkədə demokratik seçkilərin keçirilməsinə çalışanlar Azərbaycanın milli maraqlarına xidmət edirlər”. Ann Dersi Azərbaycanın oktyabrda özünün beynəlxalq norma və standartlara bağlılığını bir daha sübut etmək şansı olacağını bildirib: “Oktyabrda Azərbaycandakı situasiyanı bütün dünya izləyəcək”. Səfir azad mətbuatın mövcudluğunun azad seçkilərin keçirilməsinin əsas göstəricilərindən biri olduğunu deyib. Azərbaycan mediasında müəyyən problemlərin hələ də qaldığını deyən Ann Dersi bu problemlərin aradan qaldırılmasını vacib sayıb. O, həmçinin Azərbaycanın Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri ilə həmrəy olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR