Bank Of Baku

Azərbaycan kommunistləri 1 mayı “Bakı fəhləsi” heykəlinin qarşısında qeyd ediblər - FOTOSESSİYA

Azərbaycan kommunistləri 1 mayı “Bakı fəhləsi” heykəlinin qarşısında qeyd ediblər - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 01 may 2008 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyaya M. Əzizbəyovun heykəlinin qarşısından yürüşlə başlamaq cəhdi uğursuzluqla nəticələnib. Səbayel rayon Polis İdarəsinin əməkdaşları Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyası və “Çe Gevara Fanatları” Klubunun üzvlərini saxlayaraq onları polis bölməsinə aparıblar. Saxlanılanlar ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Nobel prospektində yerləşən “Bakı fəhləsi” heykəlinin qarşısına toplaşan kommunistlər tədbiri burada davam etdiriblər. Azərbaycan Kommunist Partiyası (Marksizm-leninizm platformasında), Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyası, Azərbaycan Bolşevikləri Təşkilatı və digər solçuların qatıldığı aksiya SSRİ-nin himni ilə başlayıb. Piketdə Kommunist Partiyasının üzvü Telman Nurullayev, yazıçı Həmid Herisçi, “Çe Gevara Fanatları” Klubunun sədri Samir Vəzirov və digərləri çıxış ediblər. Onlar Azərbaycanda fəhlə gününün olmamasını bu təbəqənin hüquqlarının pozulması kimi qiymətləndiriblər. Sonda piketin qətnaməsi oxunub. Qətnamədə Nobel prospektinə yenidən Fəhlə prospekti adının qaytarılması, 1 mayın Zəhmətkeşlərin Həmrəylik Günü kimi bərpa olunması və digər tələblər əksini tapıb. Təxminən 30 dəqiqə davam edən və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya insidentsiz başa çatıb.








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR