Bank Of Baku

Bakı meriyası Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə yaxın iki gündə cavab verəcək

Bakı meriyası Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə yaxın iki gündə cavab verəcək
# 01 may 2008 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyasının mayın 4-də keçirəcəyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə yaxın iki gündə cavab veriləcək. Bu barədə APA-ya BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib. Müraciətin “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq cavablandırılacağını qeyd edən şöbə müdiri aksiyaya icazə verilib-verilməyəcəyi barədə əvvəlcədən heç nə deməyib. Z. Ramazanov həmçinin Demokratik Seçki Mərkəzinin mayın 12-də mitinq keçirmək məqsədi ilə şəhər rəhbərliyinə müraciət etdiyini, yeni daxil olduğundan müraciətin hələlik araşdırılmadığını söyləyib. Şöbə müdiri mayın 9-da Qələbə Günü münasibəti ilə general Həzi Aslanovun Şəhidlər Xiyabanının yaxınlığındakı heykəli önündə anım tədbirinin keçiriləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR