Bank Of Baku

“Müstəqillik və bütövlük uğrunda mübarizə: Azərbaycanın quzeyində və güneyində” mövzusunda II Güney Azərbaycan Forumu keçirilib

“Müstəqillik və bütövlük uğrunda mübarizə: Azərbaycanın quzeyində və güneyində” mövzusunda II Güney Azərbaycan Forumu keçirilib
# 01 may 2008 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Müstəqillik və bütövlük uğrunda mübarizə: Azərbaycanın quzeyində və güneyində” mövzusunda II Güney Azərbaycan Forumu keçirilib. APA-nın məlumatına görə, DAK sədri Sabir Rüstəmxanlı bildirib ki, ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar arasında İranda yaşayan azərbaycanlıların taleyi ilə bağlı fikir ayrılığı yoxdur. Bu məsələ ilə bağlı dünyada çoxlu sayda ictimai-siyasi təşkilatların yarandığını diqqətə çatdıran S. Rüstəmxanlı həmin qurumların birliyinin tərəfdarı olduğunu deyib. O, 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə də toxunub: “İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında azərbaycanlıların tarakan kimi təsvir edən karikatura nəşr edildi. Buna etiraz edən azərbaycanlılar isə yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladı. İran hüquq-mühafizə orqanlarının silahlı qüvvələri isə gücdən istifadə edərək, etiraz aksiyalarını dayandırmağa nail oldu. Nəticədə ölən və yaralananlar oldu. Hazırda həmin aksiyalarda iştirak edən azərbaycanlıların kimliyi müəyyənləşdirilir və sonra həbs edilir”. O, İran rəsmilərinin azərbaycanlılara qarşı olan münasibətinə qarşı olduğunu da söyləyib. DAK İdarə Heyətinin üzvü Eldar Qaradağlı isə Güney Azərbaycanda müstəqillik uğrunda aparılan hərəkata dəstək verilməsinin əhəmiyyətini qeyd edib. Forumda çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Fazil Qəzənfəroğlu, Cəmil Həsənli, ADP sədri Sərdar Cəlaloğlu və digərləri Azərbaycanın bütövlüyü istiqamətində aparılan mübarizədən və bu istiqamətdə meydana çıxan problemlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR