Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatmaq üzrədir

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatmaq üzrədir
# 01 may 2008 11:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyasının (MSK) seçici siyahılarının yenidən tərtib olunması ilə bağlı bu ilin yanvarından başladığı iş başa çatmaq üzrədir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, hazırda bütün seçki dairələri üzrə seçici siyahıları MSK-dadır və son dəqiqləşdirmələr aparılır. Prosesin mayın sonuna kimi yekunlaşacağını deyən A. Sarıyev bildirib ki, bundan sonra MSK-nın iclasında siyahılar təsdiqlənəcək və Azərbaycandakı seçicilərin sayı bəlli olacaq. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsverməyə 65 gün qalmış siyahılar yenidən dəqiqləşdiriləcək.
Qeyd edək ki, ötənilki dəqiqləşdirməyə əsasən, Azərbaycanda 4 milyon 683 min 400 seçici olub. Bu il seçicilərin sayının bundan təxminən 200 min nəfər çox olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR