Bank Of Baku

MDQB Şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlayıb

MDQB Şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlayıb
# 01 may 2008 12:33 (UTC +04:00)
Bakı - APA. Bu gün Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib. Bu barədə APA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən məlumat verilib. Toplantıda “əl-Qaidə” terror təşkilatının və İranın fars-molla rejiminin İslamın düşməni olması və onların dinimizə xələl gətirən naqis əməllərinin ifşa edilməsilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlanmasıyla əlaqədar qərar qəbul edilib. Müraciətdə bildirilir ki, İran dövləti Azərbaycanın torpaqlarını işğal atında saxlayan Ermənistana hər formada dəstək verdiyini dəfələrlə təsdiqləyib: “İranın fars-molla rejimi Azərbaycan ərazilərini işğal edən, onminlərlə müsəlmanı amansızcasına qətlə yetirən, yüzminlərlə Məhəmməd ümmətini öz yurd-yuvasından didərgin salan, bəşər tarixində misli görünməmiş bir faciəyə - Xocalı soyqırımına qanlı imza atan Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsinə yardım göstərməklə, bu ölkənin cinayətlərinə şərik olub”. MDQB-də təmsil olunan partiyalar Şeyxülislam Hacı Allahşükür Paşazadəni müxtəlif ölkələrin din xadimləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələrilə keçirdiyiniz görüşlərdə, beynəlxalq tədbirlərdə çıxışları zamanı “əl-Qaidə” terror təşkilatının və İranın fars-molla rejiminin İslama düşmən olduqlarını bəyana etməyə, bəşəriyyətə nəhəng mədəni irs, yüksək mənəvi dəyərlər gətirən dinimizin təməl prinsiplərini təbliğ etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR