Bank Of Baku

Müsavat Məclisinin növbəti iclasında Məclisdə boş qalmış yerlərə seçkilərin keçirilməsi məsələsi müzakirə olunacaq

Müsavat Məclisinin növbəti iclasında Məclisdə boş qalmış yerlərə seçkilərin keçirilməsi məsələsi müzakirə olunacaq
# 01 may 2008 12:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası Məclisinin mayın 3-də keçiriləcək iclasında Məclisdə boş qalmış yerlərə seçkilərin keçirilməsi məsələsi müzakirəyə çıxarılacaq. Məclis sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, bir ildən artıqdır ki, qurumda 20-dən artıq boş yer var və həmin yerlərə seçkilər keçirmək obyektiv səbəblərdən baş tutmur. S. Əkbər Məclisə seçkilərin keçirilməsi barədə qərar qəbul olunacağını, səsvermənin isə növbəti toplantıda keçiriləcəyini bildirib: “Seçkilər hər dəfə keçirilə bilərdi. Sadəcə, Məclis seçkiləri olanda bu seçkilər ətrafında kəskin mübarizə olur. Biz də istəmədik ki, diqqət prezident seçkilərindən yayınsın. Ona görə də prezident seçkiləri ilə bağlı bütün taktiki məsələlər həll edildikdən sonra Məclisə seçkilər keçirmək nəzərdə tutulur”. S. Əkbər mayın 3-də keçiriləcək iclasın mətbuat üçün açıq olacağını, toplantıda prezident seçkilərinə hazırlıq, Azərbaycandakı ictimai-siyasi vəziyyətin müzakirə ediləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR