Bank Of Baku

QAT: “Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan xiyabanın açılışının baş tutmaması üçün bütün vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”

QAT: “Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan xiyabanın açılışının baş tutmaması üçün bütün vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”
# 01 may 2008 13:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenkin Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan “Dostluq Xiyabanı”nın açılış mərasiminin keçirilməsi ilə bağlı verdiyi açıqlamanı pisləyir. APA-nın məlumatına görə, təşkilatın bu gün yaydığı bəyanatda İsrail səfirinin mövqeyinin nifrətlə qarşılandığı qeyd olunub: “Görünür, Xocalı soyqırımı günündə İsraildə Azərbaycan artistlərinin iştirakı ilə şənliklərin təşkil olunması, BMT Baş Assambleyasında səsvermə zamanı İsrail nümayəndəsinin bitərəf qalması təsadüfi deyilmiş. Azərbaycanda yəhudilər üçün dünyanın heç bir yerində görünməyən şərait yaradılıb. Yəqin, ona görə də İsrail səfiri bizə bu şəkildə “minnətdarlıq” edir”. QAT bəyanatında Şuşanın işğal günü hər hansı bayram mərasiminin keçirilməsinə imkan verməyəcəyi də bildirilib: “İsrail səfiri öz bayramlarını həmin gün qeyd etməkdə israrlıdırsa, biz də həmin tədbirin baş tutmaması üçün bütün vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”.
Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 400 mülki şəxs qətlə yetirilib, 600 nəfər yaralanıb, 20 000-dən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR