Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat Partiyası prezident seçkilərində iştirakla bağlı qərarına yenidən baxmağı düşünmür”

Sülhəddin Əkbər: “Müsavat Partiyası prezident seçkilərində iştirakla bağlı qərarına yenidən baxmağı düşünmür”
# 01 may 2008 13:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyası prezident seçkilərində iştirakla bağlı qəbul etdiyi qərara yenidən baxmağı düşünmür”. Bunu APA-ya açıqlamasında partiya Məclisinin sədri Sülhəddin Əkbər deyib. Digər müxalifət partiyalarının seçkiləri boykot etmək niyyətinə gəldikdə, S. Əkbər bildirib ki, indidən qəti şəkildə hansısa partiyanın seçkiyə qatılıb-qatılmayacağını demək mümkün deyil: “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə baxıldıqdan sonra biz bütövlükdə vəziyyəti dəyərləndirəcəyik. Hələlik seçki kampaniyası başlamayıb və boykot təklif edən partiyaların seçkiyə qatılıb-qatılmayacaqları barədə dəqiq söz demək olmaz. Rəsmi kampaniya başlayanda kimlərin iştirak edəcəyi aydınlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR