Bank Of Baku

Bakıda yaşayan azsaylı xalqların nümayəndələri Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçiriblər

Bakıda yaşayan azsaylı xalqların nümayəndələri Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçiriblər
# 01 may 2008 13:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Səbayel rayonunda yaşayan azsaylı xalqların nümayəndələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçiriblər. APA-nın məlumatına görə, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov Heydər Əliyevin Azərbaycanda rəhbər olduğu 34 il müddətində gördüyü işlərdən, respublikada müxtəlif xalqlar arasında qurmuş olduğu dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelin Heydər Əliyev haqqında keçmiş halda danışa bilmədiyini deyib: “O, insanları milli mənsubiyyətinə görə yox, ağlına və bacarığına görə bölürdü”. Tədbirdə “Sodrujestvo” icmasının sədri Tatyana Kərimova, Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Protoierey Konstantin Ata, “Tuqan Tel𔝠tatar mədəni icmasının sədri Gülcan Məsoutova, Dağ yəhudiləri icmasının rəhbəri Semen İxiilov və digərləri Heydər Əliyevin millətlərarası dostluq və qardaşlığın möhkəmlənməsi üçün gördüyü işlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR