Bank Of Baku

Xəzərin hüquqi statusuna dair Azərbaycan-Türkmənistan danışıqları gedir

Xəzərin hüquqi statusuna dair Azərbaycan-Türkmənistan danışıqları gedir
# 01 may 2008 13:59 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, dünən başlamış danışıqlarda rəsmi Bakını xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə XİN, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumların nümayəndələri və ekspertləri daxildir.
Türkmənistan tərəfdən danışıqlarda iştirak edən nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Xoşgəldi Babayev rəhbərlik edir. Görüşdə Xəzər dənizinin hüquqi statusuna dair məsələlər müzakirə olunur, iki dövlət arasında dənizin dibinin orta xətt koordinatlarının müəyyən edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılır, orta xəttin qurulması elementləri üzrə müvafiq normativ-hüquqi sənədlər araşdırılır. Nümayəndə heyətinin bu axşam Bakıya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Azərbaycanla Türkmənistan arasında danışıqlar sonuncu dəfə fevralın 6-da Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR