Bank Of Baku

Səfər Əbiyev: “Azərbaycanla Türkiyəni birləşdirən maraqlar içərisində Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi başlıca məqam kimi dayanır”

Səfər Əbiyev: “Azərbaycanla Türkiyəni birləşdirən maraqlar içərisində Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi başlıca məqam kimi dayanır”
# 01 may 2008 14:56 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev görüşdə Azərbaycanla Türkiyəni bir-birinə bağlayan çoxəsrlik tarixi, mənəvi, mədəni tellərin bu gün daha möhkəm və sarsılmaz olduğunu qeyd edib, Azərbaycanın ən çətin anlarda Türkiyəni həmişə yanında hiss etdiyini, dövlət müstəqilliyimizi tanıyan ilk ölkənin də məhz Türkiyə Respublikası olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsinə toxunan nazir bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
O, Azərbaycan Ordusunda son illər yüksək tərəqqiyə nail olunduğunu, hərbi təlim və təhsilin müasirləşdirildiyini diqqətə çatdırıb. Nazir bu işdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə dəstəyinin daim nəzərə çarpdığını deyib: “Azərbaycanla qardaş Türkiyəni bir çox maraqlar birləşdirir. Burada işğalçı Ermənistanın Azərbaycan torpaqlarından geri çəkilməsi başlıca məqam kimi dayanır”.
Öz növbəsində Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı A. Babaoğlu Azərbaycan müdafiə nazirinin fikirlərini tam bölüşdüyünü, Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə bundan sonra da sadiq qalacağını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR