Bank Of Baku

Azərbaycan Rusiyanın İrandakı Buşəhr AES-in inşası üçün göndərdiyi yükü sərhəddən buraxıb

Azərbaycan Rusiyanın İrandakı Buşəhr AES-in inşası üçün göndərdiyi yükü sərhəddən buraxıb
# 01 may 2008 15:19 (UTC +04:00)
Rəis müavini yükün göndərilməsi zamanı hər hansı problem meydana çıxmadığını və yükün saat 11.00 radələrində gömrükdən buraxıldığını söyləyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məsələyə aydınlıq gətirilərkən yükün Nazirlər Kabinetinin 42 saylı qərarı ilə təsdiqlənmiş xüsusi məhsulların siyahısına daxil olduğu, həmçinin Nazirlər Kabinetinin 230 saylı qərarına uyğun olaraq, həmin malların ölkədən tranzit keçməsi üçün xüsusi icazənin olmasının vacibliyi bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), öz növbəsində, Rusiyanın Bakıdakı səfirliyinə sorğu ünvanlayaraq yük barədə detallı məlumat istəyib. Rusiyanın Bakıdakı səfirliyi yüklə bağlı lazımi sənədləri bu günlərdə Azərbaycan XİN-ə təqdim edib. Sənədlər öyrənildikdən sonra yükün buraxılmasına qərar verilib.
XİN-in mətbuat katibi Xəzər İbrahim APA-ya deyib ki, yükə dair Rusiya səfirliyi tərəfindən təqdim qolunmuş sənədlər XİN-in ekspertləri tərəfindən yoxlanılıb, yükün son ünvana çatması üçün bir problem qalmayıb.
DGK-nın mətbuat xidmətindən isə APA-ya bildirilib ki, müvafiq tələblər yerinə yetirildiyindən yük buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR