Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb
# 01 may 2008 15:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir təmsil etdiyi qurumun MSK ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və qarşıdan gələn prezident seçkilərində bu əməkdaşlığı daha da intensivləşdirmək fikrində olduğunu bildirib. KİV nümayəndələri üçün təlimlərin davam etdirilməsinə tərəfdar olduğunu söyləyən L. H. Ansola yerli hakimiyyət, məhkəmə və polis orqanları üçün də belə tədbirlər keçirmək istədiklərini söyləyib. M. Pənahov da aparılan maarifləndirmə işinin əhəmiyyətini yüksək qiymətləndirdiyini və məhz buna görə aşağı seçki komissiyalarının, seçicilərin maarifləndirilməsini diqqətdə saxladığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR