Bank Of Baku

“World public opinion”: Azərbaycanlıların 79 faizi internetə məhdudiyyət daxil olmaq hüququna malik olduğunu düşünür

“World public opinion”: Azərbaycanlıların 79 faizi internetə məhdudiyyət daxil olmaq hüququna malik olduğunu düşünür
# 01 may 2008 15:44 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “World public opinion” beynəlxalq təşkilatı dünyanın 21 ölkəsində söz azadlığının səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə sorğu keçirib. APA-nın məlumatına görə, sorğuya qatılan azərbaycanlıların 79 faizi insanların internetə məhdudiyyətsiz daxil olmaq və oradakı informasiyaları oxumaq hüququna malik olduqlarını bildiriblər. Azərbaycanlı respondentlərin 12 faizi isə hesab edir ki, hökumət bəzi informasiyaların yayılmasına müəyyən məhdudiyyət qoymalıdır. Sorğu zamanı məlum olub ki, ölkə əhalisinin əksəriyyəti Azərbaycanda söz azadlığının olduğunu düşünür, bununla belə bu azadlığın səviyyəsinin artırılmasını zəruri hesab edirlər. Respondentlərin 73 faizi bildirib ki, onlar da xarici mətbuatı, o cümlədən düşmən ölkələrin mətbuatını oxumaq hüquqlarına malik olmaq istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR