Bank Of Baku

Bavariya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Bavariya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
# 02 may 2008 07:39 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Bavariya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, nümayəndə heyətinə rəhbərlik edən Bavariya parlamentinin deputatı, dövlət büdcəsi və maliyyə məsələləri üzrə komissiyanın sədri Manfred Ax jurnalistlərə açıqlamasında bildirib ki, nümayəndə heyətinin Azərbaycanda Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşü keçiriləcək. Görüşlərdə Azərbaycandakı ümumi vəziyyətlə tanışlıq, Azərbaycanla Bavariya arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və parlamentlər arasında təcrübə mübadiləsinin imkanları, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR