Bank Of Baku

Bavariya vilayətinin parlament üzvləri Azərbaycanın Şəki rayonunda olublar

Bavariya vilayətinin parlament üzvləri Azərbaycanın Şəki rayonunda olublar
# 02 may 2008 07:46 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Almaniyanın Bavariya vilayətinin parlament üzvləri Şəki rayonuna səfər ediblər. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Parlament üzvləri Şəkinin tarixi abidələri ilə tanış olublar, Kiş kəndində yerləşən 1-ci əsrə aid Alban Məbədinə baş çəkiblər. Onlar məbəddə Azərbaycan ərazisində yerləşən alban tarixinə aid unikal eksponatlarla tanış olublar. Qonaqlar Şəki “İpək” ASC-yə baş çəkərək müəssisəsinin istehsal prosesi ilə maraqlanıblar. Onların Şəkiyə səfəri bu gün başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR