Bank Of Baku

Aşqabadda Xəzərin bölünməsinə dair müəyyən yanaşmalar üzərində iş aparılıb

Aşqabadda Xəzərin bölünməsinə dair müəyyən yanaşmalar üzərində iş aparılıb
# 02 may 2008 07:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Xəzərin hüququ statusuna dair Aşqabadda keçirilən Türkmənistan-Azərbaycan danışıqları başa çatıb. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Xəzərin statusuna dair məsələlər müzakirə edilib, məsləhətləşmələr aparılıb, dənizin bölgüsünə dair müəyyən yanaşmalar üzərində iş aparılıb. Əsas müzakirələr isə Xəzərin bölünməsinin hüquqi və texniki əsasları ətrafında olub. Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Xoşgəldi Babayev qərara gəliblər ki, danışıqlar tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində davam etdirilsin. Növbəti danışıqlar isə Bakıda keçiriləcək. X. Xələfovun başçılıq etdiyi nümayəndə heyəti artıq dünən axşam Bakıya dönüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR