Bank Of Baku

Azərbaycan paytaxtında keçirilən ənənəvi Gül Bayramı bu il fərqli şəkildə qeyd olunacaq

Azərbaycan paytaxtında keçirilən ənənəvi Gül Bayramı bu il fərqli şəkildə qeyd olunacaq
# 02 may 2008 08:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhərində Gül Bayramı paytaxtın ayrı-ayrı rayonlarında müxtəlif günlərdə qeyd olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il ümumpaytaxt tədbiri Milli Parkda deyil, Heydər Əliyev adına Sarayın qarşısındakı bağda mayın 10-da keçiriləcək. Bunun səbəbi Milli Parkda təmir-yenidənqurma işlərinin aparılmasıdır. Mayın 3-də Nizami, Xətai, Suraxanı, mayın 4-də Əzizbəyov, Sabunçu, mayın 5-də Nəsimi, Binəqədi, Nərimanov, mayın 6-da isə Səbayel, Qaradağ, Yasamal rayonları ərazisində gül bayramı qeyd olunacaq. Bayram rayonların ərazisindəki Heydər parklarında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR