Bank Of Baku

Fuad Muxtarov: “AMİP-in qurultayı seçkilərə kimi baş tutmaya bilər”

Fuad Muxtarov: “AMİP-in qurultayı seçkilərə kimi baş tutmaya bilər”
# 02 may 2008 08:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Sabah Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının iclası keçiriləcək. Partiyanın baş katibi, partiya sədrinin səlahiyyətlərini yerinə yetirən Fuad Muxtarovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın növbədənkənar qurultayının növbəti vaxtının müəyyənləşməsi nəzərdə tutulur. Qurultay üçün hələlik yer tapa bilmədiklərini deyən F. Muxtarov buna görə ali toplantının seçkilərə kimi baş tutmasının mümkün olmayacağını istisna etməyib: “Biz yer ayrılması ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etdik və onlar mədəni şəkildə yer ayırmaqdan imtina etdilər. Özəl yerlərdə qurultay keçirmək isə imkanlarımız xaricindədir”. F. Muxtarov toplantıda bütün imkanların götür-qoy olunacağını qeyd edib. Qurultayın keçirilməməsinin prezident seçkiləri ilə bağlı partiya üçün hər hansı problem yaradıb-yaratmayacağına gəldikdə, F. Muxtarov bildirib ki, AMİP seçkilərə qatılmamaq qərarına gəlsə, o zaman mütləq qurultay keçirilməlidir: “Çünki sonuncu qurultayda bütün seçkilərdə iştirak etməklə bağlı qərar qəbul olunub. Əgər seçkilərdə iştirak etməmək fikrimiz olsa, o zaman qurultay mütləq keçirilməli və bu fikrə münasibət bildirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR