Bank Of Baku

AİP Xarici İşlər Nazirliyindən Şuşanın işğalı günü Bakıda Azərbaycan-İsrail “Dostluq Xiyabanı”nın açılmasına yol verməməyi xahiş edib

AİP Xarici İşlər Nazirliyindən Şuşanın işğalı günü Bakıda Azərbaycan-İsrail “Dostluq Xiyabanı”nın açılmasına yol verməməyi xahiş edib
# 02 may 2008 10:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan İslam Partiyası mayın 8-də Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan “Dostluq Xiyabanı”nın açılış mərasiminin keçirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə mayın 8-də Şuşanın Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı müraciətdə İsrailin Azərbaycana və bütün müsəlman dünyasına qarşı qeyri-səmimi mövqedə olduğu qeyd edilib. “İsrail 60 ilə yaxındır müsəlmanlara qarşı işğalçılıq siyasəti aparır. İslam Konfransı Təşkilatının üzvü olan Azərbaycanın bu ölkə ilə dostluq əlaqələrini genişləndirməsi, həmçinin Bakıda Azərbaycan-İsrail “Dostluq Xiyabanı”nın açılması müsəlman dövlətləri qarşısında ölkəmizə baş ucalığı gətirməz. İşğaldan əziyyət çəkən dövlət kimi Azərbaycan bunu ən azı Şuşanın işğalı günü etməməlidir”. Partiya Xarici İşlər Nazirliyini belə məsələlərdə diqqətli olmağa da çağırıb: “Azərbaycanın bu addımı düşmən dəyirmanına su tökmək kimi dəyərləndirilə bilər. İslam Partiyası Azərbaycanın İsraillə hər hansı dostluq əlaqələri qurmasının qəti əleyhinədir. BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyən ölkədən bizə dost olmaz”. AİP mətbuat xidmətindən o da bildirilib ki, partiya bu məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) aksiyasına dəstək verə bilər. Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 400 mülki şəxs qətlə yetirilib, 600 nəfər yaralanıb, 20 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Şuşanın işğalı nəticəsində azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni obyektlər dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR