Bank Of Baku

MSK-da yaradılmış “qaynar xətt”ə 300-dən artıq müraciət daxil olub

MSK-da yaradılmış “qaynar xətt”ə 300-dən artıq müraciət daxil olub
# 02 may 2008 11:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış “qaynar xətt”ə seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı 300-dən artıq müraciət daxil olub. MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktorunun səlahiyyətlərini yerinə yetirən Ramil Hüseynov APA-ya bildirib ki, müraciətlərdə göstərilən problemlərin böyük əksəriyyəti həll edilib. Onun sözlərinə görə, müraciət müəlliflərinin böyük bir qismi hansı seçki məntəqəsində səs verəcəyini bilmədiyini deyib. Müraciət edən şəxslər arasında adları seçici siyahısında olmayan, yaşayış yerini dəyişən, yaşadığı yerdə qeydiyyata düşməyən şəxslər də olub. R. Hüseynov mərkəzdə yeni seçici siyahılarının hazırlandığını bildirib və mayın sonunda həmin siyahıların MSK-nın rəsmi saytında yerləşdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR