Bank Of Baku

Heydər Əliyevin 85 illik yubileyi münasibətilə İlandağın ən hündür zirvəsinə yürüş təşkil olunacaq

Heydər Əliyevin 85 illik yubileyi münasibətilə İlandağın ən hündür zirvəsinə yürüş təşkil olunacaq
# 02 may 2008 13:11 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Naxçıvanda İlandağın ən hündür “Heydər Əliyev zirvəsi”nə yürüş təşkil olunacaq. AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı Nizami Alıyevin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, bölmənin təşkilatçılığı ilə keçirilən yürüşə regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbə və müəllimləri qatılacaq. Yürüş zamanı 2415 metr yüksəklikdə yerləşən zirvədə 2004-cü ildə qoyulmuş Heydər Əliyevin barelyefi ziyarət olunacaq, zirvəyə eni 4, uzunluğu 8 metr uzunluğunda Azərbaycan bayrağı asılacaq. Yürüşdə Bakıdan və Türkiyədən gələn tələbələrin də iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR